Sahibsiz it 3 nəfərə hücum etdi

13 Oktyabr 2017 10:13 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib.

Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub.

AzNews.az