Bolqarıstanın prezidenti və xanımı Bakıda - Yenilənib + Fotolar

13 Oktyabr 2017 11:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

***

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.