"Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda dəyişiklik edildi

13 Oktyabr 2017 18:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sərəncamla “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:

7. Hasilat sənayesində şəffaflığın artırılması

7.1.

Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi

Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat

İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya

2017-2018