İstanbulda məktəblilərə atəş açıldı

13 Oktyabr 2017 19:50 (UTC+04:00)

AzNews.az türk mediasına istinadən xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.