Azərbaycanda qırqovul süni yolla çoxaldılacaq

13 Oktyabr 2017 21:14 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, institutdan Trend-ə verilən məlumata görə, nadir və nəsli kəsilməkdə olan növlər süni şəraitdə çoxaldılır. Tətbiqi Zoologiya Mərkəzində İnstitutun elmi-tədqiqat planına uyğun olaraq, "Azərbaycanda bəzi nadir quşların (adi qırqovul, yaşıl qırqovul, qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması" mövzusunda araşdırmalar aparılır.

Cari ildə icraçılar tərəfindən Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, optimal rejim müəyyənləşdirilib və 50-dən artıq bala alınıb.