Millimiz darmadağın oldu

13 Oktyabr 2017 21:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Mirbağır İsayevin komandası Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki “Lokomotiv” stadionunda keçirilən görüşdə 6:1 hesabı ilə məğlub olub.

Ukrayna komandasının heyətində Mixaylo Mudryk (3-cü dəqiqə), Roman Yakuba (15ə), Danilo Sikan (35), Alan Aussi (62), Stanislav Biblik (78) və Artyom Şulyanski (80+1) fərqləniblər. Millimizin yeganə qolunu 17-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Xatırladaq ki, ilk oyunda komandamız İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.