Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

14 Oktyabr 2017 13:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülub.

Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.