ABŞ səfirliyinin avtomobil qəza törətdi - Bakıda

14 Oktyabr 2017 14:10 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az