APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı, “Mercedes” markalı TIR tipli qoşqulu yük avtomobili aşıb. Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı minik avtomobili əzilib.
Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam Respublikasına aparılması nəzərdə tutulub.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
AzNews.az