İslandiya prezidenti burnunu sındırdı - Hamamda

14 Oktyabr 2017 18:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu bərədə o, öz Facebook səhifəsində məlumat verib. Prezident bildirib ki, o hamamda vanna qəbul edərkən alını divara çırpılıb və burnunu sındırıb. İsti vannada huşunu itirdiyini bildirən prezident indi özünü yaxşı hiss etdiyini də qeyd edib. Hadisədən dərhal sonra o xəstəxanaya çatdırılıb və burnuna tikiş qoyulub.

Qvyudni Youhannesson 1 avqust 2016-cı il tarixində İslandiyanın prezidenti seçilib. 48 yaşlı prezident İslandiya tarixinin ən gənc lideri olub.