Tovuzda bacısını öldürən şəxs azadlıqdan 14 il məhrum olunub

14 Oktyabr 2017 20:46 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə R.Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.

Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.

R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.