Bərdədə köməksiz vəziyyətdə qalan qadın xilas edilib

14 Oktyabr 2017 22:51 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ü. Hacıbəyov 43 mənzil 50 ünvanında baş verib. 28 yaşlı Xəlilova Əsli Ramiz qızı bağlı qapı arxasında köməksiz qalıb. Ə.Xəlilova ruhi xəstə olduğundan bağlı qapını aça bilməyib. Hadisə yerinə FHN -nin əməkdaşları cəlb olunub. Xilasedicilər qapını sındıraraq köməksiz qalan qadını xilas ediblər.