Bütün olimpiyaçılar medallarından imtina edəcək

21 Fevral 2013 15:51 (UTC+04:00)


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü Olimpiada-2020-nin proqramından çıxarılması ilə bağlı tövsiyəsinə ilk radikal münasibət gəlib. Dünyanın ən titullu güləşçilərindən olan Valentin Yordanov bolqarıstanlı karyerası ərzində qazandığı ən böyük mükafatı -olimpiya qızılından imtina etməyi qərara alıb.

Xatırladaq ki, Yordanov 1996-cı ildə Atlantada sərbəst güləş üzrə keçirilən Olimpiadanın 52 kq çəki dərəcəsində çempionluğu finalda azərbaycanlı Namiq Abdullayevə qalib gəlməklə qazanıb. O, həmin qızıl medaldan imtina etməklə, BOK-un qərarın etirazını bildirib

Qeyd edək ki, Yordanov 1992-ci ildə Barselona Olimpiadasının bürünc mükafatçısı, 7 qat dünya, 8 qat Avropa çempionudur.

Azərbaycanda da məlum qərara etiraz olaraq medallardan imtina edilə bilərmi?

Gənclər və idman nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov AzNews.az-a məsələ ilə bağlı etirazını bildirib.
T.Eyvazov deyib ki, belə bir addım yolverilməzdir, amma 2020-ci ilə 7 il qalıb: "İndidən ağlaşma qurmaq lazım deyil. Bəlkə yenidən bərpa edəcəklər?! Qərar rəsmi deyil axı. Valentin Yordanovun da medaldan imtina etməsinə gəlincə, deyə bilərəm ki, bu, haqlı qərardır".

Nazirliyin əməkdaşı qeyd edib ki, Azərbaycanda da medaldan imtina etsələr, bu, etiraz haqqı kimi qiymətləndiriləcək: "Nızərə almaq lazımdır ki, medalları idmançılar qazansalar da, onların şəxsi mülki deyil ki, istədikləri vaxt çıxarıb atsınlar. Bu xalqa, dövlətə məxsusdur. Bizdə də əgər doğrudan da rəsmi qərar qəbul edilərsə ki, bu haqsız qərardır, onda medallardan imtina oluna bilər. Bu halda əminəm ki, bütün olimpiyaçılar medallarından imtina edəcəklər. Çünki bu haqsız qərardır. Quşun bir qanadını sındırsan necə olar?!".

İlkin
AzNews.az