Şəmkirdə minik avtomobilləri toqquşdu - qadın sərnişin ağır xəsarət alıb

15 Oktyabr 2017 12:18 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza zamanı taksi kimi fəaliyyət göstərən “VAZ 2106” markalı avtomobildə olan qadın ağır bədən xəsarətləri alıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.