Göyçayda bədbəxt hadisə - traktorun təkərinin altında qaldı

15 Oktyabr 2017 13:46 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay rayonunun Potu Şıxlı kəndində baş verib.

Kənd sakini 1961-ci il təvəllüdlü Baxışov Urfan Heydər oğlu hərəkətdə olan qoşqulu traktorun yük yerindən yıxılıb və təkərin altında qalaraq ağır bədən xəsarətləri alıb.

U. Baxışov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.