Zakir Həsənov Gürcüstana səfər edəcək

15 Oktyabr 2017 14:22 (UTC+04:00)

AzNews.az MN-nə istinadən xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Zakir Həsənov gürcü həmkarı Levan İzoria və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək.

Bu görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.