" Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır” - DİN Bakıda güllələnmə ilə bağlı

15 Oktyabr 2017 15:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bu haqda məlumat verib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:

“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:

“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.