Hacıqabulda "Prado” aşdı - xəsarət alanların şəxsiyyəti məlum olub

15 Oktyabr 2017 15:51 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, sürücü 1987-ci il təvəllüdlü Nəsirov Amil Murad oğlu, sürücünün atası 1954-cü il təvəllüdlü Nəsirov Murad Şükür oğlu və anası 1961-ci il təvəllüdlü Nəsirova Ziyafət Dadaş qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.