Bakı-Qazax yolunda minik maşını aşıb, 3 nəfər xəsarət alıb - Foto

15 Oktyabr 2017 16:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "02-BM-202" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı minik maşını yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Maşında olan yüklər (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.