23 yaşlı oğlan özünü asdı - “Binə” ticarət mərkəzində

16 Oktyabr 2017 10:35 (UTC+04:00)

"Report"un məlumatına görə, ticarət mərkəzində satıcı işləyən Buzovna sakini, 1994-cü il təvəllüdlü Xalid Sadıq oğlu Hüseynov özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az