Özlərini partladan kəşfiyyatçılarının dəfnindən 20 il ötür

16 Oktyabr 2017 11:58 (UTC+04:00)

"Report"un məlumatına görə, anım mərasimində kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov, kəşfiyyat qrupunda iştirak etmiş Aqil Əhmədov, general-mayor Mayıs Barxudarov, qazi Rey Kərimoğlu, Aprel döyüşlərinin qaziləri və şəhidlərin yaxınları iştirak ediblər.

Onlar şəhidlərin məzarı üzərinə tər güllər qoyublar.

X.Baxışov bildirib ki, 1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. O qeyd edib ki, döyüşçülər erməni mühasirəsinə düşsə də, üç gün təslim olmayıblar: "Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülür. Ulu öndər Heydər Əliyevin səyi nəticəsinədə həmin şəhidlərimizin nəşini 6 aydan sonra ermənilərlə dəyişə bildik. 1997-ci il oktyabr ayının 16-da onları dəfn etdik".

AzNews.az