SOCAR-ın binasında işləyən fəhlə öldü - Liftin şaxtasına düşüb

16 Oktyabr 2017 14:44 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

APA-nın məlumatına görə, Heydər Əliyev prospektində yerləşən yeni inzibati bina SOCAR-a məxsus olub.