Metro gücləndirilmiş iş rejiminə keçəcək - "Qarabağ" - "Atletiko" oyununa görə

16 Oktyabr 2017 18:28 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, gücləndirilmiş iş rejimi sadəcə "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq.

"Sərnişin axınına nəzarət olunacaq, şəraitə uyğun olaraq "Koroğlu" stansiyasına giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq", - deyə o vurğulayıb.