Cenevrə görüşündən sonra verilən birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır - Brayza

16 Oktyabr 2017 18:38 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın sözlərinə görə, bu bəyanat onu göstərir ki, tərəflər prosesi aktivləşdirmək istəyir və qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün tədbirlər görmək niyyətindədir.

M.Brayza qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə işgüzar sessiyaların təşkil olunması növbəti məntiqi addımdır: “Əgər prezidentlər prosesi bərpa etməyə razılaşıbsa, əlbəttə ki, xarici işləri nazirləri ilə bu cür işgüzar görüşlərin təşkil edilməsi həmsədrlərin öhdəliyidir”.