Tısbağadan kamança düzəldən ustadan daha bir ixtira - Video

16 Oktyabr 2017 22:57 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Musa usta deyir ki, tarın fərqliliyi yalnız onun formasındadır. Notları və ələ yatımlılığı isə elə adi tarlar kimidir.

Ustanın hazırladığı tar və kamançaya maraq böyükdür. Hələ ki, onu satmağı düşünməsə də, xarici ölkələrdən hazırladığı alətləri almaq istəyənlər də var.

Musa usta tar və kamança ilə yanaşı, qeyri-adi bir kamança da hazırlayıb, amma ağacdan yox, tısbağa qınından.

Musa Yaqubov tarixi yaşatmağı özünə peşə seçib. O, bundan sonra da qədim musiqi alətlərimizə orijinal forma verməyə davam edəcəyini deyir.