"Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz" - General

16 Oktyabr 2017 23:27 (UTC+04:00)

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Rusiyanın Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırmasına münasibət bildirərkən belə deyib.

“Biz texnikanın və silahların alınmasına yüz milyonlarla dollar xərcləyirik. Bundan əlavə texnikaların və müasir silahların Azərbaycanda istehsalına da böyük vəsait ayrılır. O baxımdan 100 milyon dollar cüzi vəsaitdir. Onlara 100 milyon bir dəfə ayrılır, amma Azərbaycan ordunun təkmilləşməsinə hər ay bir neçə yüz milyon dollar vəsait sərf edir. Həmçinin müasir texnikaların ölkəmizə gətirilməsi də bura daxildir”.

General qeyd edib ki, Emənistan ordusu heç vaxt özünü Azərbaycan ordusu ilə müqayisə edə bilməz.

“Onlar Azərbaycan ordusunun aldığı müasir silah və texnikanın heç 10 faizini də ala bilməzlər. Bu baxımdan 100 milyon dollar vəsait heç bir əhəmiyyət kəsb etmir”-deyə Y.Aydəmirov vurğulayıb.

Qeyd edək ki, Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.