Bakıda əcnəbinin 12 min manatı oğurlandı

18 Oktyabr 2017 13:03 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü Renato Zorze polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl paytaxtda qadınla tanış olub. O, daha sonra həmin qadını Zərifə Əliyeva küçəsi 28 ünvanında kirayə tutduğu evə aparıb.

Burada həmin qadın italiyalı kişinin cibindən hesabında 12 min manat pul olan bankomat kartını oğurlayıb.

Bakıdakı tikinti şirkətlərindən birində işləyən Renato Zorzenin müraciətindən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Gürcüstan vətəndaşı olan Liya Nikobadze tutulub. Ona əməlində kömək etmiş Bakı sakini Elşad Ərəbov da yaxalanıb.