Qobustanda ana ölümünün ilkin səbəbi məlum oldu

18 Oktyabr 2017 16:01 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib ki, Qobustanda 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin qanaxmadan öldüyü ehtimal edilir.

Bu, qadının dördüncü hamiləliyi və doğuşu olub. Onun sözlərinə görə, meyit müayinə olunmaq üçün pato-marfoloji təşrihə verilib.

S.Məmmədova qeyd edib ki, eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq