AST Telmanın başına yenə iş gəldi - otelin suyunu kəsdilər

18 Oktyabr 2017 17:34 (UTC+04:00)

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, 2010-cu ildə dünyanın ən lüks hoteli adına layiq görülən "Mardan Palace"-da borc üzündən sıxıntılar yaşanılır.

Avqust ayının əvvəlindən müştəri qəbulunu dayandıran hotelin, hazırda 2 milyon lirə (1 milyon manat) su borcu yaranıb və nəticədə hotelə su verilişi dayandırılıb. Hotel öz vebsaytında, fəaliyyət göstərmədiyini bildirilir.

Qeyd edək ki, "Mardan Palace" daha əvvəl də borca görə satışa çıxarılmışdı. Sonradan alqı-satqı baş tutmamışdı. Bundan sonra elektrik enerjisinə borcu olduğu üçün, hotelə elektrik verilişi dayandırılmışdı.

Xatırladaq ki, Telman İsmayılovun sahibi olduğu "AST Group"a məxsus olan "Mardan Palace" hoteli 180 min kvadrat metr ərazidə yerləşir. Tikintisi zamanı 10 min kvadratmetr qızıl, 500 min kristaldan istifadə edilən hotel, İstanbulun tarixi məkanlarından birində inşa edilib.