Hindistanın məşhur müğənnisi 7 güllə ilə öldürüldü - Bacısının əri tərəfindən

18 Oktyabr 2017 20:00 (UTC+04:00)

AzNews.az xarici KİVlərə istinadən xəbər verir ki, ölkə polisinin məlumatına görə görə, müğənni Haryana Panipat rayonunun Çamara qəsəbəsində yeddi güllə ilə vurularaq hadisə yerində həyatını itirib. Polis Dahiyanın avtomobilinin bu gün saat 16:00 radələrində konsertdən qayıdarkən qara bir maşın tərəfindən saxlanıldığını və iki şəxsiyyəti məlum olmayan şəxs tərəfindən vurularaq öldürüldüyünü açqlayıb:

“Şəxsiyyəti məlum olmayan iki gənc müğənninin iki köməkçisi və sürücüsünü avtomobildən düşürüb. Həmin şəxslərin sıxdığı yeddi güllənin altısı Dahiyanın başına və boynuna dəyib və o, hadisə yerində keçinib. Şübhəlilər hadisə yerindən qaçıblar”.

Yerli mətbuatın məlumatına görə, müğənni daha əvvəl bir nəfər tərəfindən təhdid olunduğunu iddia edib. Sənətçinin bacısı Lata isə iddia edib ki, onun əri Dahiyanı öldürüb. O, yoldaşının məşhur bacısını anasının qətlinin şahidi olduğu üçün öldürdüyünü iddia edib:

Ərim mənim anamı da öldürüb. Qətlin yeganə şahidi bacım idi. Onu da öldürdü ki, iz itirsin”.

Bundan əlavə, Harshita Dahiya daha əvvəl bacısının ərini təcavüzə görə günahlandıraraq onun həbs olunmasına səbəb olub.