“Qarabağ” - “Atletiko” matçı bitdi - Qolsuz bərabərliklə yekunlaşdı + Yenilənib

18 Oktyabr 2017 21:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, oyunu Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edir. "Qarabağ” rəqiblə mübarizədə topa daha yaxşı nəzarət edir. Birinci hissədə hesab açılmayıb. İkinci hissə başlayıb.

20:45

***

Oyunun ikinci hissəsində hesab açılmayıb. Əlavə ayrılan vaxt müddətində də qol vurulmayıb. Oyun “Qarabağ” - “Atletiko” 0-0 qolsuz bərabərliklə yekunlaşıb. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.