Azərbaycanda portağal 50% bahalaşdı

18 Oktyabr 2017 21:30 (UTC+04:00)

Virtualaz.org xəbər verir ki, bazarda olan bu qiymətləri mövsümi hal adlandıranlar da var. Belə ki, yay aylarında digır meyvələr bol olduğundan, sirtus meyvələri az miqdarda idxal edlir və bu da qiymətə təsir edir. Digər mütəxəssislər isə portağalın əsasən idxal edildiyi Misir, Mərakeş və Türkiyədə məhsul qıtlığını, oranın özündə də qiymətlərin qalxdığını bildirirlər.

Əməkdaşımızın məlumatına görə, hazırda bu ölkələrdə portağalın 1 kiloqramının qiyməti 0,5 dollarla 1 dollar arasında dəyişir. Yəni bütün xərclər nəzərə alınmaqla, Bakıda portağal 2,5 manatdan baha ola bilməz.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hseynov isə qeyd edib ki, Azərbaycanda istehlak bazarında hal-hazırda qiymət xaosu hökm sürür və kim hansı malı hansı qiymətə satmaq istəyirsə, o qiymətə də satır. Mütəxəssisin fikrincə, burada inhisarçılıq da öz sözünü deyir – bazara başqa iştirakçılar buraxılmır.

Qarşıdan Yeni il gəlir və ənənəvi olaraq, azərbaycanlıların süfrəsində portağal, naringi və digər sitrus meyvələri olacaq. Ümid edək ki, qiymətlər aşağı enəcək və bu ənənə pozulmayacaq.

AzNews.az