"Siyasətdə baş verənlər idmanda da təkrar olunur" - Novruz Məmmədov

19 Oktyabr 2017 11:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter” hesabında yazıb.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur".