Niyə ah çəkirik?

19 Oktyabr 2017 22:11 (UTC+04:00)

AzNews.az deyerler.org-a istinadən bildirir ki, insan hər ah çəkən zaman təzə bir nəfəs alar. Zaman müddətində ah çəkmək ikili tənəffüsə səbəb olar. İnsanın ağciyəri yüzlərlə hava kisəsinə malik olan bir torbaya bənzəyir. Sanki bir şardır və insan nəfəs alan zaman həmin şar dolar. Bu hava kisələrinin vəzifəsi bədənə oksigeni ötürməkdir. Bu oksigen ilk ürəyə çatır və onun vasitəsilə də başqa orqanlara ötürülər.

O zaman ki, hava kisələri cəmlənər, biz özümüzdən asılı olmayaraq iki dəfə tənəffüs edərik. Bu yolla hava kisələrini doldurmağa çalışarıq. Sanki nəmli bir şarı üfürmək istəyirik.

Əgər ah çəkməsək bu kisələr hava dolmadan bir-birinin üzərində toplaşar. Qana oksigen ötürülməsi zəifləyər və insan hətta ölə bilər.

O zaman ki, stress keçirirsiniz beyniniz və bədəniniz hormonlarla mübarizə edir. Bu sanki döyüşdə hücuma və döyüşdən qaçmağa bənzəyir. Bu zaman tənəffüs tezləşər və dərin olmaz. İnsanın ah çəkməyi çoxalar ki, hava kisələri oksigensiz qalmasın.

Ah çəkən insanlar öz qəm və qüssələrini büruzə verərlər. Mütəxəssislərin nəzərinə görə, ah çəkmək insanın əlaqəsi olan şeydən əlini üzməsinə görə olar. Ola bilsin ki, insan hansısa fikrindən və ya hansısa sevdiyi şeydən əlini üzsün və ümidsiz olsun. Belə bir insan ah çəkərək əslində öz hisslərini təzələyər və həyata yeni baxışlarla baxar.