Gürcüstanda azərbaycanlı güllələndi - Deputatlığa namizəd idi

20 Oktyabr 2017 09:14 (UTC+04:00)

Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar deputatlığa namizəd irəli sürülən Ceyhun Çovdarov güllələnib.

AzNews.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib. Məlumata əsasən, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov güllələnib. Hadisəni törədənlər haqqında məlumat verilmir. Yaralı şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.