İcra məmurunun kürəkəni həbs edildi - Narkotikə görə

20 Oktyabr 2017 13:25 (UTC+04:00)

AzNews.az AzMedia.info-ya istinadən xəbər verir ki, Rövşən Quliyev Suraxanı məhkəməsinin qərarına əsasən inzibati qaydada 1 ay müddətində həbs edilib. O məhkəmədə verdiyi ifadəsində Hövsan bələdiyyəsinin üzvü olduğunu bildirib. Məhkəmə zalında o da məlum olub ki, təqsirləndirilən şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan nümayəndəliyinin sədri Ağasəlim Əliyevin yeznəsidir.

Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov isə AzNews.az-a bildirib ki, Hövsan bələdiyyəsinin Rövşən Quliyev adında işçisi yoxdur və heç vaxt olmayıb da.

Qeyd edək ki, Rövşən Quliyev İnzibati Xətalar Məcəlləsinin 2016-cı maddəsi ilə təqsirli bilinərək,həbs edilib.

AzNews.az