Azərbaycan müdafiə xərclərini artırır

20 Oktyabr 2017 13:36 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu, Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Təqdimatda bildirilir ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2738,7 milyon manatı və ya 67,3 faizi (2017-ci ilə nisbətən 96,6 milyon manat və ya 3,7 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1329,5 milyon manatı və ya 23,7 faizi (2017-ci ilə nisbətən 105,8 milyon manat və ya 8,6 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulub.

AzNews.az