Milli Məclis bu məsələlərin müzakirəsini təxirə saldı

20 Oktyabr 2017 15:10 (UTC+04:00)

Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, gündəliyin 18, 19 və 20-ci məsələlərinin müzakirəsi müəyyən səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, bu məsələlər Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlıdır.

AzNews.az