Məleykə Abbaszadə qəbul imtahanındakı yeni modellə bağlı danışdı

20 Oktyabr 2017 15:19 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.

M. Abbaszadə qeyd edib ki, imtahan cədvəlin 2 ildən sonra necə olacağına indidən demək çətindir: “2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanı cədvəllərini ilin əvvəlində elan edəcəyik".

AzNews.az