25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

20 Oktyabr 2017 18:33 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib.

Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən incəsənət, xarici dillər, texnologiya, neft-qaz kimi sahələrdə təhsil alır.