Ermənistanda hərbi hissədə partlayış olub

20 Oktyabr 2017 19:36 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, nəticədə çoxlu sayda erməni əsgər ölüb və yaralanıb.

Partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır.

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.