İŞİD Kabuldakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

20 Oktyabr 2017 21:54 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Kabulun qərbində imam Zaman məscidində kamikadze özünü partladıb. Nəticədə 30 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölən və yaralananlar arasında qadın və uşaqlar da var.

Digər partlayışsa Qur əyalətində yerləşən məsciddə olub. Hadisə zamanı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hər iki partlayış görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.