İtkin düşən məktəbli tapılıb - Parkda gecələyirmiş

21 Oktyabr 2017 09:39 (UTC+04:00)

AzNews.az "Report"-a istinadən xəbər verir ki, Xaçmaz rayon Rəsul Rza küçəsində yaşayan 11 yaşlı Zamin Mənsur oğlu Daşdəmirov bu gün səhər saat 07:30 radələrində Xaçmaz parkında tapılıb və ailə üzvlərinə təhvil verilib.

Altıncı sinifdə oxuyan Mənsur yerli 5 saylı orta məktəbin şagirdidir.