Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa, Prezident İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə xüsusi qonaq kimi dəvətini şərh edərkən deyib. Onun sözlərinə Azərbaycan Prezidentinin həmin toplantıya dəvət olunması Türkiyə Prezidentinin istəyi ilə gerçəkləşib və bu qardaşlıq münasibətlərinin davamıdır.
"Bütün hallarda Türkiyə prezidenti müəyyən proseslərdə Azərbaycanla birlikdə hərəkət etməyin vacibliyini ortaya qoyub. Ona görə də bu çox faydalı və nəticəsi ola biləcək tədbir idi və Azərbaycan da bu imkanlardan istifadə etməlidir"- deyə millət vəkili qeyd edib.
Platformada iştirak edənlərin əksəriyyətinin müsəlman ölkələrindən və onların Azərbaycanla normal münasibətdə olduğuna diqqət çəkən millət vəkili bildirir ki, Prezidentin bu məsələlər ətrafında ayrı-ayrı görüşləri də ölkənin maraqlarına xidmət edəcək:
"Bütün hallarda hesab edirəm ki, bu məsələləri bir az da genişləndirmək lazımdır. Azərbaycanın iqtisadi imkanlarından bu ölkələrin istifadəsi üçün şərait yaratmaq lazımdır ki, gələcəkdə qarşılıqlı faydalanmaq da mümkün olsun.”
AzNews.az