Mevlud Tezel Azərbaycandan üzr istədi

21 Oktyabr 2017 16:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel öz "Twitter" hesabında "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etdiyinə görə Azərbaycan xalqından üzr istəyib: "Diqqətli oxusanız, yazım sadəcə bu kareoqrafiya haqqında əyləncəli bir şərhdir. Əgər Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm".