Hövsan yolunda ağır qəza - Avtobus piyadanı vurdu

21 Oktyabr 2017 20:13 (UTC+04:00)

A24.az xəbər verir ki, 132 saylı marşurut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən avtobus yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar, faktla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, bu hadisə Hövsan yolunda baş verən ilk yol qəzası deyil.

AzNews.az