İstanbuldan Bakıya “beşbarmaq” gətirdi

21 Oktyabr 2017 22:59 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaja rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ”ın təsvirləri görünüb. Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.