Bakıda və Masallıda yanğın olub

22 Oktyabr 2017 00:00 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazada baş vermiş yanğın nəticəsində zirzəmidə 15 ədəd karton taralara yığılan su filtrləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidə 6 ədəd şam ağacı yanıb. Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Qasımlı kəndində isə "VAZ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.