Avtobus piyadanı vurdu - Bakıda

22 Oktyabr 2017 12:18 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində “Daewoo” markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.