Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlı seçkidə qalib gəldi

22 Oktyabr 2017 13:46 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Qızılhacılı kəndinin 89 saylı seçki məntəqəsi üzrə səsvermə protokolunda C.Çovdarovun 240 səs əldə edərək birinci yer tutduğu qeyd olunub.

Xatırladaq ki, silahlı insident zamanı C.Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər də yaralanıb. Xəstəxanada olan C.Çovdarovun vəziyyəti stabildir. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.